Bəziləri o qədər dayazdırlar ki, dünyanın istənilən yerində mitinq görəndə səbəbləri araşdırmadan həmən cuşa gəlirlər, çünki həyatda başqa heç nə bacarmırlar, mitinq, sərbəst toplaşmaq kimi təməl vətəndaş haqqlarını gözdən salırlar, əllərində çəkicdən başqa heç nə olmayanlar ətrafda hər şeyi mismar kimi görürlər.
Demokrat.az xəbər verir ki, bu fikirləri ReAl partiyasının icraçı katibi Natiq Cəfərli özünün sosial şəbəkə hesabında Özbəkistanda baş verənlərə münasibət bildirərkən yazıb.
Partiya funksioneri hesab edir ki, Özbəkistan Türkiyə və Azərbaycanla yaxınlaşdı və nəticədə Rusiya bunu qəbul edə bilmədi:
"Özbəkistan məsələsinin açarı 16 may 2022-ci ildə, cəmi 1,5 ay öncə Putinin rəsmi şəkildə Özbəkistanı KTMT-yə dəvət etməsində, əvəzində isə Özbəkistanın Türkiyə və Azərbaycanla yaxınlaşmağı seçməsindədir. Putinin məhz o çağırışından sonra keçən ay Özbəkistan Türkiyə ilə hərbi əməkdaşlıq sazişi imzaladı, bir neçə gün öncə isə Əliyev ora səfər etdi, əməkdaşlığın genişlənməsi razılaşdırıldı - bunları Putin həzm edə bilməzdi. 
Vəssalam, məsələ budur, bəziləri isə yenə mitinq görüb mənasız yazılar yazırlar, ya da elə bilərək/bilməyərək Rusiyanın əlinə oynayırlar, hələ bir deyirlər ki, Qaraqalpaqlar GÖZLƏNİLMƏDƏN etiraza qalxdılar".
Demokrat.az


