Gündəm Özəl

“Birmənalı şəkildə antiterror əməliyyatı keçirilə bilər” — AÇIQLAMA

“Birmənalı şəkildə antiterror əməliyyatı keçirilə bilər” — AÇIQLAMA

“Laçın dəhlizinə alternativ olaraq ikinci yolun çəkilməsi ermənilər arasında bir ajiotaj, hay-küy yaradıb”.

Bunu Demokrat.az-a Milli Məclisin deputatı Arzu Nağıyev Laçının Zabux kəndinin erməniləri evlərini tərk etməyəcəklərini, İrəvan hakimiyyətinə qarşı silaha sarılacağı məsələsini şərh edərkən deyib.

Deputat vurğulayıb ki, burada əsas çəkinənlər Suriyadan vaxtilə köçürülmüş və Zabux kəndi ətrafında yerləşdirilmiş ermənilərdir:

“Birmənalı şəkildə antiterror əməliyyatı keçirilə bilər” — AÇIQLAMA

“Təbii ki, yeni yol çəkildikdən sonra bu ərazilər Azərbaycanın tam nəzarətinə keçəcək. Əgər orada yaşayan ermənilər Azərbaycan Konstitusiyasına uyğun yaşamaq fikirləri olarsa, təbii ki, orada qala bilərlər, əks halda, onlar oranı tərk etməlidirlər. Lakin son vaxtlar həmin ermənilər “Paşinyan satqınlıq edir”, “biz buranı tərk etməyəcəyik”, “silaha sarılacağıq” və s. bu kimi absurd bəyanatlarla çıxış edirlər. Bunların çıxışı isə Ermənistan kütləvi informasiya vasitələrində sərgilənməkdədir. Təbii ki, bunların hamısı cəfəngiyatdır. Azərbaycan Konstitusiyasına zidd olan və zidd hərəkətləri ilə özünü göstərməyə çalışan hər bir şəxsə qarşı dövlətimiz tərəfindən antiterror əməliyyatı keçiriləcək. Qeyd edim ki, bu şəxslər içərisində heç bir statusu olmayan, heç bir dövlətin vətəndaşlığı olmayan şəxslər də var ki, onlara qarşı da ola bilər ki, birmənalı şəkildə anti-terror əməliyyatı keçirilsin. Xatırladım ki, hazırda həmin ərazilər rus sülhməramlıların nəzarətindədir, lakin tezliklə yol hazır olduqdan həmin əraziləri tərk etməlidirlər”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az