Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün 2 yoxlama matçı keçirəcək.
Demokrat.az xəbər verir ki, Ağdam təmsilçisi günün ilk oyununda Almaniyanın “Holştayn Kil” komandası ilə üz-üzə gələcək. “St. Ulrix” stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 14:00-da start veriləcək. Toplanışın və günün son matçında isə rəqib Rumıniyanın “Universitatya” (Krayova) komandası olacaq. "Yenbax" stadionunda oynanılacaq görüşə Bakı vaxtı ilə saat 20:30-da start veriləcək. Xatırladaq ki, "Qarabağ" Avstriyadakı ilk yoxlama oyununda Rumıniyanın "Botoşani" komandasına 4:0 hesabıyla qalib gəlib. Yoxlama oyunları 29 iyun 14:00. Qarabağ - Holştayn Kil “St. Ulrix" stadionu.
18:00. Qarabağ - Universitatya (Krayova) "Yenbax" stadionu.
Məlik Demokrat.az


