Gündəm Özəl

Deputat: “Turizm potensialı Kəlbəcərdə iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək”

Deputat: “Turizm potensialı Kəlbəcərdə iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək”

“Kəlbəcər turizm potensialı baxımından Cənubi Qafqazda fərqlənən rayonlardandır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Kəlbəcərin fasiləsiz turizm xidmətləri təklif etmək imkanları var:

Deputat: “Turizm potensialı Kəlbəcərdə iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək”

"Kəlbəcər Qafqazda qış, yay, müalicəvi, tarixi, mədəni, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Ümumiyyətlə, Kəlbəcər il ərzində fasiləsiz turzim təklif edə bilir. Böyük turizm potensialı Kəlbəcərdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Gözlənilir ki, Kəlbəcərin turizm potensialı Kəlbəcərə daha çox turistlərin cəlb edilməsinə imkan verəcək. Eyni zamanda, Kəlbəcərin müalicəvi turizm imkanları da kifayət qədər böyükdür. İstisu SSRİ dövründə həm daxili, həm də ittifaq turizmdə xüsusi yerə malik olan sanatoriyalardan olub. Onun bərpa edilməsi də Kəlbəcərə turistlərin daha çox cəlb edilməsinə, xüsusən də daxili turizmin inkişafına xüsusi təkan verəcək. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərimizin bərpa və yenidən qurulması növbəti mərhələdə Azərbaycanda turizm sektorunun daha çox inkişafına xüsusi töhfə verəcək”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az