İdman

​"Həbiblə döyüşdən 3 həftə əvvəl ayağımı qırdım" — Makqreqor

​Həbiblə döyüşdən 3 həftə əvvəl ayağımı qırdım — Makqreqor

Üç çəki kateqoriyasında keçmiş UFC çempionu Konor Makqreqor Həbib Nurməhəmmədovla döyüşdən 3 həftə əvvəl zədələndiyini bildirib.

Bu barədə idmançı şəxsi Twitter hesabında yazıb.

İrlandiyalı döyüşçü "Mübarizədən 3 həftə əvvəl ayağımı qırdım. Buna baxmayaraq oktaqona getdim və gecənin son zərbələrini vurdum" deyə yazıb. Qeyd edək ki, 6 oktyabr 2018-ci ildə yüngül çəkidə kəmər döyüşündə Konor Həbibə məğlub olmuşdu. (Milli.az)

D
demokrat.az