Gündəm Özəl

Azərbaycanın regionda artan GÜCÜ: Rusiya buna niyə qısqanclıqla yanaşır? — ŞƏRH

Azərbaycanın regionda artan GÜCÜ: Rusiya buna niyə qısqanclıqla yanaşır? — ŞƏRH

“Rusiyanın Ukraynaya ekspansiyası ilə əlaqəli tətbiq edilən bir çox sanksiyalardan sonra Serget Lavrovun region ölkələrinə, o cümlədən də Azərbaycana səfər etməsini diplomatik blokada vəziyyətində olan Rusiyanın bu vəziyyətindən çıxış yolları axtarmaq, eyni zamanda, beynəlxalq aləmə özünü hələ də siyasi proseslərin içərisində olduğu mesajını vermək xarakteri daşıyır”.

Bunu Demokrat.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, siyasi şərhçi Azər Qasımov deyib. Analitik qeyd edib ki, xüsusilə indiki sanksiyalar dövründə Rusiya Zəngəzur dəhlizinin açılmasından daha çox divident götürəcək ölkədir:

“Bu dəhliz Rusiyanı bilavasitə quru yolu ilə Ermənistan və İranla, dolayısı isə Türkiyə ilə birləşdirə bilər. İqtisadi cəhətdən əlverişli olan Zəngəzur dəhlizi Rusiya üçün nəfəslik rolu oynayar. Hesab edirəm ki, Rusiya bunu yaxşı başa düşür, amma bu, Rusiyanın geostrateji planları ilə üst-üstə düşmür.

Azərbaycanın regionda artan GÜCÜ: Rusiya buna niyə qısqanclıqla yanaşır? — ŞƏRH

Rusiya bu dəhlizin fəaliyyətə başlaması üçün ilk növbədə Azərbaycan və Ermənistan arasında olan düşmənçiliyi aradan qaldırmaq, iki ölkə arasında diplomatik münasibətlərin bərpasına və sülh müqaviləsi imzalanmasına nail olmalıdır. Bu isə regionu nəzarətdə saxlamaq üçün Rusiyanın strateji planına uyğun gəlmir”.

“Rusiya dəhlizi Qarabağ məsələsində status anlayışını gələcəyə saxlamaqla həll etmək prinsipini irəli sürür ki, bu da Azərbaycanın maraqlarına uyğun deyil. Problemin özəyi qalacağı bir şəraitdə hansısa digər ikinci dərəcəli məsələlərin həll edilməsinə cəhd etmək hiyləgərcəsinə atılmaq istəyən bir addımdır ki, Azərbaycan bu oyunun fərqindədir. Regiona Rusiya, ABŞ, Avropa İttifaqı ölkələrinin nümayəndələrinin gəlişinin artması bir daha onu göstərir ki, region dünya siyasətinin diqqət mərkəzində olan bölgədir. Təbii ki, bu, Azərbaycanın regionda oynadığı əhəmiyyətli rolla daha çox bağlıdır. Azərbaycan Aİ-nın enerji təminatında əhəmiyyətli ölkədir və bu rol getdikcə artır. Rusiyanın buna qısqanclıqla yanaşacağı da böyük ehtimaldır. Bu durumda Lavrovun regiona səfərinin nəticələrindən müsbət dəyişikliklər gözləmək ehtimalı da bir o qədər böyük deyil”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az