Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 10 şübhəli yaxalanıb.
Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada, qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 10 nəfərin sərhəd qoşunları tərəfindən yaxalandığı bildirilib.
Açıqlamada deyilir:
“İstintaqda tutulan şəxslərdən 5-nin FETO üzvü olduğu müəyyən edilib. Onlardan biri də terror təşkilatının lideri Fətullah Gülənin qardaşı qızı Sümeyye Güləndir.”

Demokrat.az


