Türkiyənin Marmaris şəhərində meşə yanğınları davam edir.
Demokrat.azxəbər verir ki,Türkiyənin kənd və meşə təsərrüfatı naziri Vahit Kirişçi “TRT Haber”in efirində yanğın hadisəsinin təxribat ola biləcəyinə eyham vurub.
Nazirin sözlərinə görə, hazırda yanğınla 2600 nəfər mübarizə aparır.
Bundan başqa, yanğının söndürülməsinə 41 təyyarə cəlb olunub, 151 sakin ərazidən təxliyə olunub.
Rza Demokrat.az


