Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev Demokrat.az-a bu günün və sabahın hava proqnozunu açıqlayıb:
“Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən, yağmursuz olacaq. Mülayim şimal-şərq küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq və axşama doğru arabir güclənəcək. Havanın temperaturu gündüz 30-35 dərəcə, bəzi yerlərdə 37 dərəcə isti olacaq.

İyunun 23-də hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimalı var. Küləkli hava şəraiti müşahidə olunacaq. Belə ki, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gündüz 30-34 dərəcə isti olacaq. Çimərliklərdə isə dəniz suyunun temperaturu 22-24 dərəcə arasında dəyişəcək.
Bölgələrdə isə, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gündüz 30-35 dərəcə, dağlarda isə 15-20 dərəcə isti olacaq.”
Gülçin Qorxmaz Demokrat.az


