Gündəm Özəl

"Ombudsmanlıq qonaqları Şuşaya çatdırmaq üçün təyyarəni icarəyə götürüb" — AÇIQLAMA

Ombudsmanlıq qonaqları Şuşaya çatdırmaq üçün təyyarəni icarəyə götürüb — AÇIQLAMA

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilliyinin Aparat rəhbərinin müavini Rəşid Rumzadə Ombdusmanlığın bu ilin 23-31 may tarixlərində AZAL-dan 28 min 900 manata təyyarə icarəyə götürməsi məsələsinə münasibət bildirib.

Sözügedən yazının başlığının dəyişdirilməsi ilə bağlı Demokrat.az-a telefon açan Rəşid Rumzadə xahiş edib ki, həmin məqalədə bir sıra dəyişikliklər edilsin.

Daha sonra Rəşid Rumzadə deyib ki, Ombudsmanlıq AZAL-dan təyyarəni şəxsi istifadə üçün icarəyə götürməyib:

"Bu ilin may ayında Şuşada böyük bir tədbir keçirilib. Həmin tədbirdə 60-dan çox qonaq iştirak edib. Ombudsman Aparatı "yuxarı" ilə razılaşdırılmış şəkildə AZAL-dan təyyarə icarəyə götürərək, qonaqları Şuşaya çatdırıb".

Ombudsmanlıq qonaqları Şuşaya çatdırmaq üçün təyyarəni icarəyə götürüb — AÇIQLAMA

Xatırladaq ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva bu vəzifədə 30 noyabr 2019-cu il tarixindən işləyir.

Səbinə Əliyeva millət vəkili Siyavuş Novruzovun həyat yoldaşıdır.

Səbinə Əliyeva eyni zamanda Milli Məclisin sabiq sədr müavini Yaşar Əliyevin qızıdır.

Zaur Hacılı Demokrat.az

D
demokrat.az