Gündəm Özəl

“Ağalı kəndinə ilk onun sakinlərinin qayıdışı siyasi əhəmiyyətli hadisədir” —Deputat

“Ağalı kəndinə ilk onun sakinlərinin qayıdışı siyasi əhəmiyyətli hadisədir” —Deputat

“Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbədən sonra dövlətimizin qarşısında dayanan prioritet vəzifə işğaldan azad olunmuş torpaqlarımızın bərpası və yenidən qurulması ilə bağlıdır. Ərazilərimizin işğaldan azad edilməsi həmin torpaqlara Böyük Qayıdışın və nəhəng quruculuq işlərinin başlanmasını zəruri edib”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. Deputat vurğulayıb ki, tarixi qayıdışın gerçəkləşməsi üçün münbit şərait yaradılır:

“İşğaldan azad olunmuş ərazilərin bərpasını öz maliyyə imkanları hesabına həyata keçirən Azərbaycan, bu sahədə də öz standartlarını yaradıb. Dövlət başçısı İlham Əliyev Ağalı kəndinin sakinləri ilə görüşündə nəzərdə tutulan hədəfləri də açıqladı.

Bildirdi ki, bu il də investisiya proqramı təsdiq olunub və proqrama əlavələr də ediləcək: «Biz dövlət büdcəsinə əlavələr etməliyik, çünki iqtisadi göstəricilər daha yaxşıdır. Gəlirlərimiz nəzərdə tutulandan daha çoxdur. Ona görə biz, bu əlavə gəlirləri və iqtisadi imkanlarımızı səfərbər etməliyik ki, vaxt itirmədən azad edilmiş torpaqlarda daha böyük həcmdə iş görək. İndi hökumətə tapşırılıb, yəqin yaxın gələcəkdə Milli Məclis bu məsələyə baxacaq ki, biz daha çox vəsait ayıraq. Mən demişəm, iqtisadiyyatımız nə qədər güclü inkişaf edərsə, biz azad edilmiş bütün əraziləri o qədər tez bərpa edəcəyik”.

K.Bayramov qeyd edib ki, reallıq budur ki, Ağalı kəndində “ağıllı kənd” konsepsiyasının hər üç komponenti – «ağıllı» dövlət idarəçiliyi, «ağıllı» infrastruktur və xidmətlər, eyni zamanda, «ağıllı» təsərrüfat və biznes mühiti yaradılıb. Məsələyə bu xüsusda yanaşdıqda Ağalı kəndinə ilk olaraq onun sakinlərinin qayıdışının təmin edilməsi böyük siyasi əhəmiyyəti olan hadisədir. Bu, o deməkdir ki, azad olunmuş bütün torpaqlarımıza soydaşlarımızın qayıdışı baş tutacaqdır. Bütün bunlar təsdiqləyir ki, artıq doğma yurd həsrətinə birdəfəlik son qoyulur. Ata- baba yurdlarından didərgin salınmış həmvətənlərimiz isti ocaqlarına qayıtmağa hazırlaşırlar”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az