Sosial Özəl

Leyla müəllimənin toyu oldu — Şagirdləri ona sürpriz yaşatdı (VİDEO)

Leyla müəllimənin toyu oldu — Şagirdləri ona sürpriz yaşatdı (VİDEO)

Lənkəranın rayon Jidi kənd orta məktəbinin çox sevimli müəlliməsi, kreativ və əyləncəli tədris metodları, çəkdiyi videoları ilə qısa zamanda sosial şəbəkələrdə tanınan Leyla Qarazadə ailə həyatı qurub. Toyda Leyla müəllimənin hər kəsə tanıtdığı, məşhur şagirdləri də iştirak ediblər.

Demokrat.az şagirdlərinə verdiyi sevgi və doğmalıqdan dolayı hər kəsin sevimlisinə çevrilən Leyla Qarazadə ilə əlaqə saxlayıb, təəssüratlarını öyrənib: “Şagirdlərim toyuma günbəgün, saatbasaat sayırdılar ki, müəllimənin toyu nə zaman olacaq? Şadlıq sarayına getmədən öncə məni gördülər, dedilər ki, müəllimə inana bilmirik ki, bu sizsiz? Çox gözəl olmusunuz, çox dəyişilmisiniz. Bunun gerçək olduğuna inanmırdılar. Toyda hər dəqiqə gəlib məni qucaqlayırdılar. Kiminlə oynamağımdan asılı olmayaraq, onlar gəlib mənim önümdə oynayırdılar. Məndən daha çox sevincli idilər. Bu, məni daha çox sevindirirdi. Oynadılar, əyləndilər, birlikdə rəqs qoşmuşduq. “Arşın mal alan” rəqsini etdik onlarla. Hər biri mələk kimi ağ donlar geyinmişdilər və mənim mələklərim kimi iştirak edirdilər ən gözəl günümdə. Mən hətta inanmırdım ki, o qədər yolu gəlib mənim toyumda iştirak edərlər. Amma hər biri gəldi. Hansı valideyni toyuma dəvət etdimsə, “baş üstə, gələcəyik” dedilər. Hətta bir valideyni dəvət edəndə övladı dedi, “ana, nə olar, məni də apararsan.” Çox duyğulandım”.

Qeyd edək ki, Leyla müəllimin ailə qurduğu şəxs həmkarıdır. Faiq Şıxəlizadə Lənkəran rayonunun Türkəncil kənd məktəbində coğrafiya fənnindən dərs deyir.

Leyla müəllimənin toyu oldu — Şagirdləri ona sürpriz yaşatdı (VİDEO)
Leyla müəllimənin toyu oldu — Şagirdləri ona sürpriz yaşatdı (VİDEO)

Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az