Ölkəmizin tarixi qədimdir. Bunu respublikamızın ərazisində olan qədim yaşayış məskənləri, əsrlərin sınağından çıxaraq bu günə gəlib çatan qiymətli abidələr də aydın göstərir. Əfsuslar olsun ki, son zamanlar İçərişəhərin divarlarına müxtəlif yazılar həkk olunur, nəticədə qədim daşlar cızılır və çirklənir.
Bu əməlləri törədənlər həm inzibati, həm də cinayət məsuliyyətinə cəlb oluna bilər. Vəkil Turan Abdullazadə Demokrat.az-a açıqlamasında bildirdi ki, cinayət məcəlləsinə əsasən, bu tip əməllər cinayət məsuliyyətinə səbəb olmadıqda inzibati məsuliyyət yaradır.

Belə ki, Cinayət məcəlləsinin 246-cı maddəsinə əsasən, dövlət tərəfindən qorunan tarix və mədəniyyət abidələrinin korlanmağı və məhv edilməsi 2 min manatdan 4 min manatadək cərimə və ya 2 il müddətdə azadlıqda məhrumetmə ilə cəzalandırılır. Tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə qaydalarının pozulmasına görə xəbərdarlıq edilir. Fiziki şəxslər 50 manatdan 100 manatadək məbləğində. Vəzifəli şəxslər 250 manatdan 300 manatadək məbləğində, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək miqdarda cərimə olunur”.
T.Abdullazadə bu əməllərin təkrar törədilməsinə görə də məcəllədə fiziki şəxslərin 200 manat, vəzifəli şəxslərin 500 manat, hüquqi şəxslərin isə 3000 manat cərimələndiyi deyir.
Zaman-zaman bu cür xoşagəlməz hadisələrə rast gəlsək də, əsrlərdən bizə yadigar qalan bu tarixi qoruyub, gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.


Gülçin Qorxmaz Demokrat.az


