Siyasət

"Prezidentin reytinqinin yüksək olması əvvəlcədən gözlənilən idi" — Deputat İlham Əliyev

Prezidentin reytinqinin yüksək olması əvvəlcədən gözlənilən idi — Deputat İlham Əliyev

Milli Məclisin deputatı İlham Əliyev Avropanın nüfuzlu “Opinion Way” şirkəti tərəfindən Prezident İlham Əliyevin reytinqi ilə bağlı keçirilmiş rəy sorğusunun nəticələrindən danışıb.

Deputat Demokrat.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin reytinqinin yüksək olması əvvəlcədən gözlənilən idi:

"Çünki Azərbaycan xalqının mütləq əksəriyyəti cənab Prezidenti dəstəkləyir, ona etimad göstərir. İndi Avropanın nüfuzlu “Opinion Way” şirkəti cənab Prezident İlham Əliyevin reytinqini açıqlayıb. Reytinq çox yüksəkdir. Burada cənab Prezidentin reytinqi 85 faiz göstərilir. Bu çox əhəmiyyətli hadisədir".

Millət vəkili ölkə başçısının bu reytinqi qazanmasının arxasında xalqın ona qarşı güclü etimadınının olduğunu söyləyib.

Zaur Hacılı Demokrat.az

D
demokrat.az