Gündəm

Deputatdan təklif: “Müharibə veteranlarına verilən təqaüd artırılsın”

Deputatdan təklif: “Müharibə veteranlarına verilən təqaüd artırılsın”

“Sosial müdafiə və təminat sahəsinə 3 milyarddan çox vəsait ayrılıb. Amma hazırda çoxlu müraciətlər, narazılıqlar var”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Tahir Kərimli deyib.

O qeyd edib ki, həmin sahədə qənaət edilən vəsaitlər hesabına qazilərin problemləri həll edilə bilər.

Deputat əlavə edib ki, müharibə iştirakçılarına diqqət artırılmalıdır.

“Onlar şəhid olmayıbsa, yaralanmayıbsa, o demək deyil ki, diqqətdən kənarda qalmalıdırlar. Müharibə veteranlarına verilən 80 manat təqaüd azdır, bu məbləği artırmaq lazımdır”, - Tahir Kərimli əlavə edib.

Kərim Demokrat.az

D
demokrat.az