Şəkidə baş vermiş ağır qəzada həlak olan cütlük bu gün dəfn olunub.
Demokrat.azOxu.az-a istinadən xəbər verir ki,nişanlı cütlük bu günBalakən rayonu, Gərəkli kənd qəbiristanlığında son mənzilə yola salınıb.
Qeyd edək ki, iyunun 11-də Şəkidə baş verən yol qəzasındasürücü İbrahim Ağalarov hadisə yerində həlak olmuş, onun nişanlısı, sərnişin Günel Göyüşova isə xəstəxanaya yerləşdirilmiş, lakin onun həyatını xilas etmək mümkün olmamışdı.
Qeyd edək ki, İbrahim Ağalarov və Günel Göyüşovanıntoy mərasimi qəzadan birhəftə sonra baş tutmalı imiş.




