“15 iyun Azərbaycan xalqının tarixində şərəfli bir gündür. Xatırladım ki, Azərbaycan 1991-ci ilin oktyabrında öz dövlət müstəqilliyini yenidən bərpa etdi. Amma bu müstəqilliyin elan olunması Azərbaycan xalqına böyük şeylər verə bilmədi. Çünki Ermənistanın Azərbaycana ərazi iddiaları və Azərbaycan torpaqlarını işğal etməsi, digər tərəfdən ölkənin daxilindəki olan siyasi proseslərin cəbhələr yaratması Azərbaycan üçün ağrılı tarixdir. Məhz buna görə də, ölkənin bir tərəfdən dağılma təhlükəsi, parçalanması təhlükəsi, digər tərəfdən ölkənin ermənilər tərəfindən işğalı təhlükəsi var idi. Bütün bu təhlükələri görən Azərbaycan xalqı Azərbaycanın siyasi hakimiyyətinddən tələb etdi ki, Heydər Əliyev yenidən Azərbaycan idarəçiliyinə gəlməlidir”. Bu fikirləri Demokrat.az-a açıqlamasına Milli Məclisin deputatı Anar İsgəndərov deyib.
“Doğrudur, Heydər Əliyev özü bunu istəməsə də, amma Azərbaycan xalqının ağır vəziyyətini nəzərə alaraq, o, yenidən Azərbaycanda hakimiyyəti ələ götürdü və beləliklə, bu tarix 15 iyuna təsadüf etdi. 15 iyun Azərbaycan tarixində Azərbaycanın müstəqilliyini qorunub saxlanmasıdır, 15 iyun Azərbaycanda vətəndaş müharibəsinin qarşısını alınması günüdür, 15 iyun siyasi mübarizədə bizə düşmən olan qüvvələrin barışdırılması günüdür, ən nəhayət 15 iyun Azərbaycandakı olan qarşıdurmaların qarşısını alınması günüdür. Bu mənada 15 iyun qurtuluş günüdür. Xalqın tarixində uğurlu bir gündür ki, Azərbaycan xalqı Heydər Əliyevin timsalında birləşə bildi. Bu mübarizə uzun illər davam etdi və ən nəhayət Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan bu işlər uğurla davam etdirildi. Nəticəsi olaraq 44 günlük müharibə nəticəsində Ermənistan ordusu darmadağın edildi və Azərbaycan düşmən işğalı altında olan torpaqları azad etdi. Bu gün Şuşa şəhərindəyik, Şuşa Bəyannaməsinin birinci ildönümə həsr olunan beynəlxalq konfrans keçirilir. Bu konfransın iştirakçıları da əsasən Türkiyə və Azərbaycanın nümayəndələridir, dövlət adamlarıdır, tarixçiləridir, siyasi partiya liderləridir. Bütün bunlar onu göstərir ki, 15 iyun Azərbaycan tarixində həm milli qurtuluş günü kimi, həm də Şuşa Bəyanaməsi kimi tariximizə şərəflə daxil olmuşdur. Bu şərəfli tarixi qorumaq üçün 10 milyon Azərbaycana və ona qardaş olan 84 milyon Türk Cümhuriyyəti hər cür münasibətləri qoruyub saxlamağa və Azərbaycanla Türkiyə arasındakı münasibətləri qardaşlıq və mütəffiqlik səviyyəsində müdafiə etməyə hazırdır”.
Aynurə Pənahqızı Demokrat.az


