İkt Özəl

Nazir müşaviri: “Növbəti “TEKNOFEST Türkiyə” festivalında Azərbaycan da iştirak edəcək”

Nazir müşaviri: “Növbəti “TEKNOFEST Türkiyə” festivalında Azərbaycan da iştirak edəcək”

“Azərbaycanda keçirilən “Teknofest”in qalibləri növbəti festivala qatılacaqlar”.

Bunu Demokrat.az-a açıqlamasında Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.

O, bildirib ki, növbəti festival bu ilin avqustunda Türkiyənin Samsun şəhərində təşkil olunacaq:

Nazir müşaviri: “Növbəti “TEKNOFEST Türkiyə” festivalında Azərbaycan da iştirak edəcək”

“2022-ci ildə ilk dəfə Türkiyə hüdudlarından çıxaraq “Teknofest” Azərbaycana gəldi və bu, özü iki ölkə arasında strateji münasibətlərin, dostluğun qardaşlığın bir təzahürü idi. 2022-ci ildə də - həmin bu ildə Türkiyədə teknofest festivalı keçiriləcək. Artıq Azərbaycanda keçirilən “Teknofest”in qalibləri həmin festivala qatılacaqlar”.

Qeyd edək ki, ötən ay ölkəmiz möhtəşəm festivalına ev sahibliyi etdi. 2018-ci ildən düzənlənən tədbir hər il Türkiyədə təşkil olunur. Bu il isə iki ölkənin birgə əməkdaşlığı çərçivəsində “TEKNOFEST Azərbaycan” adı altında beynəlxalq texnologiya tədbiri baş tutdu. Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az