Hindistanda daha bir qandonduran olay baş verib.
Demokrat.az xəbər verir ki, Hindistanın Uttar Pradeş ştatında evə cehiz gətirməyən qadın bir il sonra əri tərəfindən yandırılıb.
Keçən ilin may ayında evlənən cütlük cehiz məsələsi üstündən mübahisə ediblər və nəticədə ər arvadını yandırıb.
Qadının atası isə qızından davamlı olaraq cehiz tələb edilməsi barədə polisə şikayət edib.
Qeyd edək ki, bu kimi cinayətlər Hindistanda ilk dəfə deyildir ki, baş verir.
Bundan əvvəl də bir qadının əri cehiz üstündə onun barmağını kəsmişdi.
Malik Demokrat.az


