Severodonetsk istiqamətində Rusiya qüvvələri Privolye, Severodonetsk, Lisiçansk, Voronovo, Toşkovka, Qorskoye və digər yaşayış məntəqələrinin ərazilərində mülki infrastrukturu atəşə tutublar. OnlarUkrayna yaşayış məntəqələrinin mülki infrastrukturunu atəşə tutmaqda davam edir.Rusiya hərbçiləri Slavyanskaya hücuma hazırlaşır.
Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilir ki, Rusiya qüvvələri artilleriyadan Baxmut istiqamətində Kamışevax, Vrubovka, Nikolaevka və Semiqorye yaşayış məntəqələrini atəşə tutub. Məlumata görə, Ukrayna aviasiyası Novaya Kamenka, Pokrovski və Klinovoye yaxınlığında Rusiyaya məxsus təyyarəni vurub.
Bu arada, Donetsk vilayətinin Berestovyeyə hücumu zamanı Rusiya qüvvələri xeyli itki verib.
Ruslar Severodonetskini atəşə tutmaqda davam edir.
Leyla Demokrat.az


