Region Özəl

Ermənistanda aksiya: həbs olunanlar var

Ermənistanda aksiya: həbs olunanlar var

Ermənistanın Baş naziri Nikol Paşinyanın iqamətgahı qarşısında baş verən iğtişaşlarda həbs edilənlər var.

Demokrat.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

"İğtişaşları təşkil edənlərin və digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür. Cinayət işi üzrə 15 nəfər təqsirləndirilən şəxs qismində ibtidai istintaqa cəlb edilib. On nəfər barəsində həbs qətimkan tədbiri seçilib”, - məlumatda deyilir.

İyunun 3-də etirazçılar Ermənistan hökumətinin binasını bağlayıblar. Daha sonra nümayişçilər Baş nazirin iqamətgahından çıxışları bağlamağa çalışıblar.

Nəticədə polislə qarşıdurma yaranıb.

Leyla Demokrat.az

D
demokrat.az