Gündəm Özəl

Rusiyaya daşınmada logistik xərclərin azalması qiymətlərə necə təsir edəcək? — RƏY

Rusiyaya daşınmada logistik xərclərin azalması qiymətlərə necə təsir edəcək? — RƏY

Azərbaycandan Rusiyaya tərəvəz, meyvə və giləmeyvələrin çatdırılması daha da sürətlənəcək, logistik xərclərin dəyəri isə təxminən 30% azalacaq. Bu barədə "Life Shot" "Telegram" kanalının əldə etdiyi sənəddən məlum olur. Bildirilir ki, bu, gömrük rəsmiləşdirilməsinin təkmilləşdirilmiş formatı və sərhəddə yeni "Xudat" logistika mərkəzinin tikintisi sayəsində mümkün olacaq. Bəs, bu məhsulların qiymətinin aşağı düşməsinə səbəb olacaqmı?

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Rauf Qarayev Demokrat.az-a açıqlamasında bildirib ki, logistis xərclərin azalması məhsulların qiymətinə təsir etməyəcək.

“Çünki logistika burada əsas rol oynamır. Xatırladım ki, Prezident İlham Əliyevlə Putin arasında baş tutan görüşdə qeyd olundu ki, ticarət dövriyəsinin 30 faiz artırılması gözlənilir. Müttəfiqlik anlaşmasından sonra isə ticarət dövriyyəsi daha da genişlənəcək.

Rusiyaya daşınmada logistik xərclərin azalması qiymətlərə necə təsir edəcək? — RƏY

Burada əsas kənd təsərrüfatı sahəsidir. Bildiyiniz kimi, Azərbaycandan kənd təsərrüfatı məhsulları hazırda Rusiya Federasiyasına daşınır. Bizim burada rəqibimiz qardaş Türkiyədir. Onlar bizdən daha çox kənd təsərrüfatı məhsullarını Rusiya nəql edirlər. Qeyd edim ki, “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Prezident İlham Əliyevin 16 aprel 2014-cü il tarixli imzalanan fərmana əsasən start verilmişdir. Yəni, məhsulları qalıb artıq xarab olmayacaq. Çoxfunksiyalı Aqrokompleks Xudat 12 hektar ərazidə salınmış aqropark daxilində logistika mərkəzi, nəzarət-buraxılış məntəqələri, dövlət qurumları üçün inzibati binalar, soyuducu saxlanma anbarları, çeşidləmə-qablaşdırma sahələri ilə yanaşı ofis, qonaq evi, restoran və digər yardımçı tikililərin inşası da nəzərdə tutmuşdur. Yəni, təkmilləşmiş şəkildə iş icra olunur. Kəndli öz məhsullarını MDB bazarına çıxarmaq üçün gəlir bu mərkəzə və işi bir pəncərə sistemi ilə həll olunur.

Misal üçün mən gilas gətirirəm. Onun qablaşdırılması, soyuducuda saxlanması və sistemdə olan ölkələrin birini seçərək göndərilməsi prosesi həyata keçirilir. Artıq kəndli, sahibkar yalnız vəsait ödəməklə öz məhsulunu ölkədən çıxarır. Ucuzluğa gəldikdə burda inanmıram ki, məhsul ucuzluğu olsun. Bu, sanki komfort zonasıdır. Pulunu ödə sənin əvəzinə işi görəcəklər. Sanki kabel televiziyasına pulunu köçürürsən və istədiyin kanala baxa bilirsən”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az