Sosial

Bakı-Naxçıvan biletinin qiyməti bahalaşdı

Bakı-Naxçıvan biletinin qiyməti bahalaşdı

“Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” qərarda dəyişiklik edilib.

Demokrat.azxəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, preambuladan “Tarif (qiymət) Şurası tərəfindən Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçuş tarifinin 95 manat həcmində təsdiq edildiyini” sözləri çıxarılıb.

İndiyədək uçuş tariflərinə görə güzəştli məbləğ olan 20 manat 10 manata endirilib.

AZAL-dan verilən məlumata görə, Azərbaycan vətəndaşı olan hər bir sərnişinə bu gündən etibarən güzəşt məbləği 10 manata endirilir. Qeyd edək ki, əvvəllər bu məbləğ 20 manat təşkil edirdi.

Beləliklə, Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin dəyəri 60 manat məbləğində müəyyən edilir. Əlavə etmək lazımdır ki, həmin reyslərdə bir sıra kateqoriyadan olan sərnişinlər üçün güzəşt nəzərdə tutulub. 2 yaşından 12 yaşınadək uşaqlara, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, tələbələrə, həmçinin I və II dərəcə əlilliyi olan şəxslərə 10 manat məbləğində güzəşt tətbiq edilir.

Qeyd edək ki, bu qəraradək Azərbaycan vətəndaşlarına Naxçıvan-Bakı reysi üzrə bilet 50 manat idi.

Demokrat.az

D
demokrat.az