Kastamonuda 3-5 iyun tarixlərində Türk Dünyası günlərində iştirak edən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov Kastamonu bələdiyyə başkanı Galip Vidinlioğlu ilə görüşüb.
Demokrat.az xəbər verir ki, İlham İsmayılov Türk Dünyası üçün çox önəmli olan bu tədbirə Azərbaycan heyətini də dəvət etdiyi üçün bələdiyyə başkana təşəkkür edib. İ.ismayılov heyət adından hədiyyə təqdim edib.
Kastamonu bələdiyyə başkanı Galip Vidinlioğlu qeyd edib ki, Azərbaycan Türk Dünyasında önəmli bir yerə sahibdir. Qarabağda qazanılan Zəfər hər birimizi məmnun edib.
Tədbirlərdə Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, Gent Türk Ocakları fəxri başkanı Recep Tuncer Sarı, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi İlqar İlkin də iştirak edir.





Malik Demokrat.az


