Gündəm Özəl

Deputat: “Bazara yerli istehsal olan qızıl məmulatları çıxarılacaq”

Deputat: “Bazara yerli istehsal olan qızıl məmulatları çıxarılacaq”

“Şərqi Zəngəzur iqtisadi rayonu təbii sərvətlərlə zəngindir. Həm Zəngilanda, həm də Kəlbəcərdə qızıl ehtiyatı var. O cümlədən Zəngilandakı "Vejnəli" qızıl yatağı ehtiyatının həcminə görə seçilən yataqlardandır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat qeyd edib ki, bu yataq mis və digər təbii ehtiyatların istehsalına imkan verəcək:

“Şərqi Zəngəzur iqtisadi rayonunda qızıl istehsalının bərpa edilməsi və genişləndirilməsi Azərbaycanda yeni emal sənayesinin formalaşmasına imkan verəcək. Çünki həmin yataqda hasil ediləcək qızılın bir qismi emal olunacaq və daxili bazara çıxarılacaq”.

Deputat: “Bazara yerli istehsal olan qızıl məmulatları çıxarılacaq”

Millət vəkilinin sözlərinə görə, bu, həm də valyuta ehtiyatlarımızın artmasına təsir göstərəcək:

“Bazara yerli istehsal qızıl məmulatlarının çıxarılacağı gözlənilir. Bu da yaxın zamanlarda reallaşacaq. O baxımdan Şərqi Zəngəzur iqtisadi rayonu Azərbaycandan qızıla olan tələbatının ödənilməsində xüsusi paya malik olacaq”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az