Gündəm Özəl

Türkiyə Ukrayna taxılının ixracına kömək edəcək “yol xəritəsi” hazırladı

Türkiyə Ukrayna taxılının ixracına kömək edəcək “yol xəritəsi” hazırladı

Türkiyə hakimiyyəti Rusiyanın Ukraynaya hücumu nəticəsində yaranan qlobalərzaq böhranınınhəlli üçün “yol xəritəsi” hazırlayıb .

Demokrat.az Türkiyə mətbuatına istinadən bildirir ki,Türkiyə Ukraynadan taxılın dünya bazarlarına təhlükəsiz çatdırılmasını təmin edəcək mexanizm formalaşdırmaq üçün bir müddətdir diplomatik təmaslar aparır.

Türkiyə tərəfi ilə Ukrayna, Rusiya Federasiyası və BMT nümayəndələri arasında aparılan danışıqlar nəticəsində BMT-nin himayəsi altında “taxıl dəhlizi”nin fəaliyyətini təmin edəcək “yol xəritəsi” hazırlanıb.

Bütün maraqlı tərəflərin yol xəritəsinin detallarını müzakirə etmək üçün yaxın günlərdə İstanbulda görüş keçirəcəyi gözlənilir.Dördtərəfli formatda aşağıdakı məsələlərə baxılması planlaşdırılır: marşrut, sığorta, gəmilərin təhlükəsizliyi, limanların minalardan təmizlənməsi, eləcə də idarəetmə mərkəzinin tərkibi.

Leyla Demokrat.az

D
demokrat.az