Gündəm Özəl

“Cənubi Qafqaz uğrunda mübarizədə erməni kartından istifadəyə cəhdlər var” — ŞƏRH

“Cənubi Qafqaz uğrunda mübarizədə erməni kartından istifadəyə cəhdlər var” — ŞƏRH

Xəbər verdiyimiz kimi Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən mayın 31-i axşam saatlarından iyunun 1-i gecə saatlarınadək Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Məsələyə münasibət bildirən siyasi şərhçi Elçin Mirzəbəyli Demokrat.az-a açıqlamasında bildirib ki, bu məsələdə birmənalı şəkildə konkret hansısa xarici qüvvənin iştirakını söyləmək çox çətindir. Amma, məhz Azərbaycan-Ermənistan dövlət sərhəddində daha çox atəşkəs pozulma hallarının baş verməsi, əslində sərhədlərin delimitasiya prosesinə yönəlmiş bir provokasiyadır:

“Biz ənənəvi qaydada Ermənistanın uzun illər boyu, hətta Azərbaycan torpaqlarının işğalı altında olduğu dövrlərdə belə danışıqlar prosesində hansısa razılaşmalar əldə olduğu zaman rəsmi İrəvanın belə təxribatlara əl atdığının şahidi olmuşuq. Məqsəd də ondan ibarətdir ki, onlar hər dəfə əldə olunan razılaşmaların nəticələrini sıfırlamaq və yenidən prosesə başlamaq üçün zəmin yaratmağa çalışırlar. Bununla da, mahiyyət etibarilə vaxt qazanmağa cəhd göstərirlər. Yəni, məqsəd vaxt əldə etməklə regionda situasiyanın, vəziyyətin dəyişməsinə ümidlər bəsləməkdən ibarətdir. Bu, klassik ermənin ənənəsidir.

“Cənubi Qafqaz uğrunda mübarizədə erməni kartından istifadəyə cəhdlər var” — ŞƏRH

Sözün doğrusu, bu davranışlarda yeni mahiyyət etibarilə heç nə yoxdur. Məlum olduğu kimi, Ermənistanın Brüsseldə əldə olunana razılaşamalarla bağlı daha öncəki cəhdləri də var idi. Hər dəfə provokasion bir addımlar atmaqla həm birinci dəfə əldə olunan razılaşmaları, həm də ikinci görüşdə faktiki olaraq komissiyasının yaradılması, onun fəaliyyəti ilə bağlı əldə olunan razılaşmaları sabotaj etmək istiqamətində addımlar atıldı. Lakin buna baxmayaraq komissiya yaradıldı və Brüsseldə keçirilən 3-cü görüşdən sonra nəticə etibarilə bu təmasların davam etdirilməsi artıq delimitasiya prosesinin real mərhələyə qədəm qoyması üçün imkan yaratdı. Amma göründüyü kimi, yenə də eyni davranışlar davam etdirilir”.

E.Mirzəbəyli qeyd edib ki, şübhəsiz ki, burada bir neçə aspekt var:

“Şübhəsiz ki, bu məsəldə xarici faktor var. Biz bu xarici faktorun yaxın zamanlarda geriyə çəkiləcəyini, yaxud provokasiyalarını davam etdirəcəyi ilə bağlı hər halda konkret qənaətə gələcəyik. Məlum olduğu kimi, yaxın günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri gözlənilir və bu kontekstdə bir neçə məsələnin, xüsusilə də Azərbaycan-Ermənistan sərhəddində baş verən hadisələr, eyni zamanda sülh prosesinin, həmçinin Suriyadakı proseslərin müzakirə olunacağını gözlənilir. Bu kontekstdə müəyyən bir proseslərə aydınlığın gəlməsini gözləmək mümkündür. Eyni zamanda, Azərbaycanla Rusiya arasında təmasların da baş verməsi gözlənilir. Bununla da bağlı çox güman ki, yaxın günlərdə real mənzərənin yaranacağını şahidi olacağıq. Amma, mahiyyət ondan ibarətdir ki, Ermənistanın atdığı bütün provokativ addımlar həm ölkə daxilində olan revanşist qüvvələrin diqqətinin yayındırmaq üçün ölkənin, eyni zamanda daxilindəki problemlərin müəyyən qədər də olsa ertələmək üçün atılan addımlardır, ənənəvi metodlardır. İkinci aspekt isə burada xarici faktorların iştirakı şübhəsizdir. Çünki açıq şəkildə görünür ki, yenə də Cənubi Qafqaz bölgəsi uğrunda gedən mübarizədə erməni kartından istifadəyə cəhdlər var””.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az