Avropa İttifaqı Ukrayna limanlarından bloklanan taxılın ixracını asanlaşdırmaq üçün hər cür səy göstərir və qlobal ərzaq təhlükəsizliyi üçün risklərin azaldılmasına yönəlmiş istənilən beynəlxalq təşəbbüsləri alqışlayır.
Demokrat.az"Ukrinform"a istinadən xəbər verir ki, bunu Avropa Şurasının Brüsseldə keçirilən ikigünlük xüsusi iclasının yekunlarına dair mətbuat konfransında prezident Şarl Mişel deyib.
“Limanlarda, xüsusən də Odessada 22 milyon ton taxıl bloklanıb.İki həftə əvvəl vəziyyəti öz gözlərimlə görmək üçün Odessada oldum.Misir kimi ölkələr və digər Afrika ölkələri bu vəziyyətin qurbanıdır.Biz Qara dənizdə dəniz dəhlizlərinin açılması üçün BMT çərçivəsində bütün səyləri tam dəstəkləyirik.Bu, taxıl ixracı üçün ən yaxşı həll yolu olardı.Ancaq bunun üçün hələ də bəzi işlər görülməlidir"- Mişel deyib.
Leyla Demokrat.az


