Dünya Özəl

Rusiya monteneqrolu diplomatı "persona non qrata" elan etdi

Rusiya monteneqrolu diplomatı persona non qrata elan etdi

Rusiya Monteneqronun Moskvadakı səfirliyinin əməkdaşını "persona non qrata" elan edib.

Demokrat.az TASS-a istinadən bildirir ki,bu barədə Rusiya Xarici İşlər Nazirliyinindiplomatik departamentininsaytında dərc olunan məlumatında deyilir.

“Mayın 31-də Monteneqronun Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Milorad Şepanoviç Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib və ona nazirliyin Monteneqronun Moskvadakı səfirliyinin əməkdaşının "persona non-qrata" elan edilməsinə dair notası təqdim edilib”, - deyə bildiriblər.

“Bu tədbir 2022-ci il aprelin 7-də Monteneqro tərəfinin Rusiyanın Podqoritsadakı səfirliyinin bir sıra diplomatlarını "persona non-qrata" elan etdiyi əsassız qərara cavabdır”, - nazirlik vurğulayıb.

Aprelin 7-də Monteneqro Xarici İşlər Nazirliyi 7 gün ərzində ölkəni tərk etmək əmri verilən dörd rusiyalı diplomatı "persona non-qrata" elan edib.

Leyla Demokrat.az

D
demokrat.az