"Ukrayna Rusiya ilə mübarizədə, Ukraynanı silahla təmin etməkdə, Ukraynanın Avropaya inteqrasiyasını dəstəkləməkdə və Rusiyaya qarşı sanksiyaları gücləndirməkdə Fransanın rəhbərliyinə ümid edir".
Demokrat.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə prezident Volodimir ZelenskiFransanın xarici işlər naziri Ketrin Kolonna ilə görüşündən sonrateleqramda yazıb.
“Fransanın xarici işlər naziri Ketrin Kolonanın Ukraynaya səfəri dövlətimizə dəstəyin növbəti təzahürüdür.Biz Rusiyaya qarşı mübarizəmizdə və Avropa dəyərlərinin müdafiəsində Fransanın rəhbərliyinə ümid edirik.Ukraynanın qələbəsi üçün silahla kömək etmək, sanksiyaları gücləndirmək və ölkəmizi Aİ üzvlüyünə yaxınlaşdırmaq vacibdir”, - deyə dövlət başçısı bildirib.
Prezidentinmətbuat xidmətindənbildirilib ki, həmsöhbətlər qlobal ərzaq böhranının qarşısını almaq üçün Ukrayna limanlarının blokdan çıxarılması məsələsinə xüsusi diqqət yetiriblər.
Zelenski görüşdə Aİ tərəfindən Rusiyaya qarşı növbəti, altıncı sanksiyalar paketinin tezliklə həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Leyla Demokrat.az


