“TEXNOFEST” festivalı Türkiyə-Azərbaycan münasibətlərindəki inkişafı bir daha dünyaya bəyan etdi”
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Deputatın sözlərinə görə, bu festival bir daha dünyaya göstərdi ki, intellektual məhsul mütləq şəkildə olmalıdır ki, dünya tərəfindən inkişaf edən bir dövlət kimi qəbul olunasan:
“Biz festivalda hərbi sənaye kompleksinin inkişafını dünyaya göstərə bildik. Rəqəmsal texnologiyanın, kiber sənayesinin həm hərbidə, həm də iqtisadi məsələlərdə inkişafının vacibliyini göstərə bildik. Azərbaycan bu sahədə hansı kadr potenisalının olmasını və bunların yüksək səviyyədə inkişafı istiqamətində atılan addımları göstərdi. Azərbaycan xalqının gələcəyə baxışının, gənclərin bu sahəyə marağını bir daha biz bariz nümunə kimi göstərə bildik. Bundan başqa, “TEXNOFEST” festivalının ikinci dəfə Azərbaycanda keçirilməsi Türkiyə-Azərbaycan münasibətlərinin inkişafındakı yeni mərhələsinin bir göstəricisidir. Məlum məsələdir ki, Türkiyə-Azərbaycan tarixin bütün anlarında çətinliklərdə, xoş günlərdə hər zaman bir yerdə olub. Məhz bu festivalda da iki dövlət arasında mövcud olan dostluq, qardaşlıq, strateji tərəfdaşlıq bir daha özünü göstərdi. Bayram günlərində dövlət başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın bir yerdə olması, məhz bu proseslərə ailələri ilə qoşulması və bütün bunların nə qədər vacib olmasını Azərbaycan və Türkiyə xalqına, dünyaya göstərdi. Məlumdur ki, təhlükəsizliyə təhdidin qarşısının alınmasında müasir texnologiyanın rolunu biz bir daha dünyaya nümayiş etdirdik. Rəqəmsal texnologiyanın inkişafında hər bir Azərbaycan nazirliyinin, hər bir cavabdeh olan qurumların bu istiqamətdə inkişafa addım atdıqlarının şahidi olduq. Təbii ki, Azərbaycan xalqının rifahı naminə, təhlükəsizliyin təminatı naminə verilən zəmanət hər bir Azərbaycan xalqı üçün mütləq şəkildə lazımdır”.
A.Nağıyev əlavə edib ki, dövlətin atdığı hər bir addım onun qorunması və gələcək inkişafı üçün çox vacibdir:
“Eyni zamanda, burada Böyük Qayıdışdan söhbət gedir. “TEXNOFEST” milli birliyimizin növbəti nümayişi olduğu kimi, elmin inkişafı, texnologiyanın iqtisadiyyatıımıza, kənd təsərrüfatımıza, bundan başqa hərbi istiqamətə də nüfuz etdiyinin şahidi olduq. “TEXNOFEST” də iştirak edən gənclər gözəl tarixi bir gün yaşadılar, özlərinin intelektual səviyyəsini, gələcəkdə bu istiqamətdə hansı addım atacaqlarını ortaya qoydular. Qeyd edim ki, yüksək səviyyədə təşkil olunmuş “TEXNOFEST” festivalının təhlükəsizliyi, özünün təminatı böyük məsələlərdən xəbər verir. Burada bizim mühafizə orqanlarının, xüsusi xidmət orqanlarının işi, hətta elementar ikinci dərəcəli qulluq edən təşkilatların da işi ən yüksək səviyyədə qurulmuşdu. Təşkilatçılıq işləri tam yüksək səviyyədə idi. Bütün bunların hamısı dünyaya bir mesaj idi. Dost üçün sevinc mesajı, düşmən üçün fikirləşmək üçün bir addım idi. Sirr deyil ki, artıq Azərbaycan iri addımlarla irəliləyir və bu gün biz vətənimizin çiçəklənməsi istiqamətində hər addımı atmağa hazırıq”.
Aynurə Pənahqızı Demokrat.az


