Gündəm Özəl

Politoloq: “Türkiyə sonadək Azərbaycana mənəvi və siyasi dəstəyini göstərdi”

Politoloq: “Türkiyə sonadək Azərbaycana mənəvi və siyasi dəstəyini göstərdi”

“Əminəm ki, “TEKNOFEST”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaq və onların biliklərinə, enerjisinə, əzminə olan güvəni doğruldacaqlar”

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı ilə bağlı danışarkən deyib.

“Məlumdur ki, "TEKNOFEST" Aviasiya, Kosmos və Texnologiya Festivalı ilk dəfədir ki, Türkiyənin hüdudlarından kənarda keçirilir. Bu ünvanın məhz Azərbaycan seçilməsi iki ölkə arasında dostluğun, qardaşlığın və strateji müttəfiqliyin ən bariz göstəricisidir. Bu gün tarixi, mədəniyyət və digər əsaslarla yanaşı, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayib Ərdoğanın yürütdüyü siyasət iki qardaş ölkə arasında münasibətlərin ən yüksək zirvəyə qalxmasını şərtləndirən əsas amildir. İndi Türkiyə və Azərbaycan ötən əsrin 90-cı illərindəki ölkələr deyil, Prezident İlham Əliyev və Prezident Ərdoğanın sayəsində öz taleyi, siyasəti, münasibətləri və s. ilə bağlı özləri qərar verən, maraq və mənafelərini müdafiə etməyi və istənilən təzyiqə müqavimət göstərməyi bacaran güclü dövlətlərdir. Prezident İlham Əliyevin festivaldakı çıxışında dediyi kimi ölkəmizin yenidən müstəqilliyini əldə etməsindən keçən 30 il ərzində Türkiyə və Azərbaycan daim bir-birinin yanında olub və bu illər ərzində bir qardaş Türkiyənin dəstəyini hər zaman hiss etmişik. Heç şübhəsiz ki, bu qardaşlığın və birliyin möhkəmləndirilməsindəki ən böyük pay iki ölkənin liderlərinə məxsusdur. Başqa sözlə desək hər iki ölkənin dövlət başçılarının qardaşlığı Türkiyə və Azərbaycan xalqlarına örnəkdir”.

Politoloq: “Türkiyə sonadək Azərbaycana mənəvi və siyasi dəstəyini göstərdi”

“Cənab prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqaməti, bölgə, dünya üçün də çox önəmli təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasalar, bölgəmizdə sülh və əmin-amanlıq bir o qədər də möhkəm olacaq. Bütün dünya bunun İkinci Qarabağ müharibəsi zamanı bir daha şahidi oldu. Türkiyə sonadək Azərbaycana mənəvi və siyasi dəstəyini göstərdi. Ən əsası müharibənin ilk günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” bəyanatı xalqımıza Vətən uğrunda həlledici savaşda əlavə güc, ruh, inam verdi. Tarixi Zəfərimizin sevincini birlikdə yaşadıq və bu gün də işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərini birgə həyata keçirir, Böyük Qayıdışa birlikdə hazırlaşırıq”.

Ybağırzadə əlavə edib ki, iki ölkənin bu birliyi dostları sevindirdiyi kimi düşmənlərimizi də kədərləndirir:

“Çünki bu birliyin əsasında haqq mübarizəsi dayanır. Türkiyə prezidenti R.T.Ərdoğanın da ifadə etdiyi kimi “bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik və Azərbaycan və Türkiyə birliyi təzyiqlə, təhdidlə qorxudulanlardan olmayıb və əsla olmayacaq. İşğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri durmadıq və durmayacağıq”. Təbii ki, birlik nümayişindən başqa bu festival həm də elm, inkişaf, bilik, texnologiya nümayişidir. Başqa sözlə desək Türk Millətinin gücünün və potensialının nümayişidir. Cənab Ərdoğanın dediyi kimi 44 günlük Vətən müharibəsi ağıl, texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə biləcəyini bütün dünyaya göstərdi. Tamamilə əminəm ki, “TEKNOFEST”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaq və hər iki dövlətin onların biliklərinə, enerjisinə, əzminə olan güvənini doğruldacaqlar”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az