Fransada meymun çiçəyinə 16 yoluxma qeydə alınıb.
İl-de-Frans regionunda 12,Overn-Rona-Alp regionunda 1, Oksitani regionunda 2, Normandiyada isə 1nəfər bu virusa yoluxub.
Qeyd edək ki, Fransa Səhiyyə Nazirliyi bundan əvvəl virusa yoluxan insanlarla ünsiyyətdə olan şəxslərə peyvənd vurdurmağı məsləhət görüb. Fransada artıq profilaktika çərçivəsində bu virusla bağlı ilk peyvəndləmə olub.
Demokrat.az


