Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 18 silahlısını zərərsizləşdirib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İraqın 3 rayonunda aprelin 18-dən bu yana davam edən "Pençe-Kilit" əməliyyatı bölgəsində PUA terrorçulara hücum edib.
Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin bölgədə terror təhlükəsini aradan qaldırmağa davam edəcəyini vurğulayıb.
Demokrat.az


