Gündəm

Siyavuş Novruzov: “Dövləti təhqir edənlərə qarşı mübarizə aparanlar medalla təltif olunsunlar”

Siyavuş Novruzov: “Dövləti təhqir edənlərə qarşı mübarizə aparanlar medalla təltif olunsunlar”

Milli Məclisin iclasında deputat Siyavuş Novruzov yeni medalın təsis olunmasını təklif edib.

Demokrat.az-ın məlumatına əsasən, Siyavuş Novruzov deyib ki, Azərbaycan dövlətinə, Milli Məclis ünvanına bəzi bloqerlər təhqiramiz fikirlər səsləndirir.

“Belələrinə qarşı mübarizə aparanlar var. Təklif edirəm ki, dövlətə, dövlət rəhbərliyinə qarşı təhqir səsləndirənlərə qarşı mübarizə aparanlara da medal və ya orden verilsin”, - deyə o əlavə edib.

Məlik Demokrat.az

D
demokrat.az