Xəbər verdiyimiz kimi, 26-29 may tarixlərində ölkəmizdə“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək. Festival çərçivəsində Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotaj aviaşouları, reaktiv kostyumda uçan adam, su üzərində “FLY BOARD” şousu, külək turbini, uşaqlar üçün texnoloji üslubda əyləncə attraksionları – uşaq zonası və maraqlı konsert proqramları təqdim olunacaq.
Festivalın əhəmiyyətindən danışan Milli Məclisin deputatı Azər Badamov Demokrat.az-a açıqlamasında vurğulayıb ki, festivalda dünyanın ən inkişaf etmiş texnoloji şirkətləri iştirak edəcək. Deputat qeyd edib ki, bu gün müharibələrin taleyini müasir raket sistemləri ilə yanaşı, həm də Hərbi Hava Qüvvələri, hərbi aviasiya və hərbi təyyarəçilərin peşəkarlığı həll edir:
“Bildiyimiz kimi, “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı müasir texnologiyaların və innovasiyaların təqdimatı sərgisidir. Hesab edirəm ki, “TEXNOFEST” Azərbaycana yeni texnolgiyaların gəlişini sürətləndirəcək. Bu festivalda Azərbaycan öz startapları və yeni texnologiyaları ilə təmsil olunacaq. O cümlədən dünyanın ən inkişaf etmiş texnoloji şirkətləri də “TEKNOFEST” Azərbaycanda nümayiş olunacaq. Maraqlı məqamlardan biri də odur ki, Türkiyənin Akınçı PUA-ları 2000 km məsafəni qət edərək Bakıda eniş ediblər və festivalda nümayiş olunacaq. Bu, həm də Azərbaycanın gücünün daha bir göstəricisidir. Çünki, əvvəllər keçirilən hərbi paradlarda ağır döyüş texnikaları nümayiş etdirilirdi və ölkələr özünün hərbi gücü haqqında rəyini formalaşdırırdı. Amma, 44 günlük Vətən müharibəsində sübut etdik ki, ağır hərbi texnikaların dövrü bitib və indi müharibələrdə qələbəni ancaq müasir texnologiyalar hesabına daha tez təmin etmək mümkündür”.
“Festivalda təqdim olunacaq pilotsuz aparatlar və yeni texnologiyalar Azərbaycanın gücünü göstərəcək. Müasir dövrdə ölkələrin böyüklüyü heç də önəm kəsb etmir. Hansı ölkə daha çox müasir texnologiayalara yiyələnirsə o ölkə də daha güclüdür. Bu baxımdan Azərbaycan müasir texnologiyaları önə çəkən ölkə olduğundan ən güclü ölkələrin sırasında yer aldığını hesab edirəm. Sevindiciridir ki, Azərbaycanın Hərbi Hava Qüvvələri bu baxımdan sadəcə regionda deyil, bütün dünyada ən qabaqcıl sıralarda yer alıb. 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin bütün komponentləri, qoşun növləri ilə yanaşı, həm də Hərbi Hava Qüvvələrinin gücünü əyani şəkildə ortaya qoydu. Ermənistan bu festivaldan dərs çıxarmalı və təxribatlardan çəkinməlidir"- deyə deputat fikirlərini yekunlaşdırıb.
Aynurə Pənahqızı Demokrat.az


