Gündəm

Sığınacaqdan qaçan 18 yaşlı qızla bağlı DETALLAR

Sığınacaqdan qaçan 18 yaşlı qızla bağlı DETALLAR

Bakıda sığınacaqdan qaçan 18 yaşlı qız yenidən yaşadığı Gender əsaslı zorakılıq qurbanları üçün reabilitasiya və reinteqrasiya mərkəzinə qaytarılıb.

Bu barədəBizim.media.az-a “Təmiz Dünya” ictimai Birliyinin rəhbəriMehriban Zeynalovaməlumat verib.

Onun sözlərinə görə hüquq mühafizə orqanları saxlanılan 2003-cü il təvəllüdlüHacıyevaLəman Fikrət qızıəvvəlcə onların sığınacağına gətirilib. Bir gün “Təmiz Dünya” ictimai Birliyin sığınacağında qalandan və lazımi sənədləri düzələndən sonra qaçdığı mərkəzə geri qaytarılıb:

“Ləman Hacıyevanın davranışında bir qədər çətinliklər var. Həmçinin əqli cəhətdən də bir qədər inkişaf geriliyi ehtimal olunur. Belə olanda uşaqlarda davranış problemi özünü göstərir. Qız əvvəl sığınacaqda yaşayıb, sonra internata yerləşdirilib, hətta övladlığa da verilib.

Övladlığa verilən ailədə də problemlər yaratdığı üçün qaytarılıb. Niyə və hara qaçdığı barədə məlumat yoxdur. Ləman Hacıyeva özü də konkret olaraq nə istədiyini müəyyənləşdirə bilmir. Bizdə də çox qısa müddətdə qaldı. Ümid edirik bundan sonra hər hansı problem olmaz”, - deyə Mehriban Zeynalova qeyd edib.

D
demokrat.az