Bakıda Heydər Əliyev prospekti-aeroport şosesində yol qəzası baş verib.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz ƏsgərliAPA-ya bildirib ki, aeroport yolunda “Toyota-Prius” markalı avtomobil xidmətdə olan DYP əməkdaşlarının avtomobilinə çırpılıb.
Nəticədə DYP-nin 2 əməkdaşı və “Toyota-Prius” markalı avtomobilin sürücüsü yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.


