Səhər oyanan kimi çoxlarımız bir fincan çay içməyə tələsirik. Tərkibində çoxlu faydalı elementlər olan çay insanı bütün günə kifayət edəcək qədər enerji ilə təmin edir. Bəs, bu çaylar keyfiyyətlidirmi?
Suallımızı cavablandıran iqtisadçı-ekspert Rauf Qarayev Demokrat.az-a açıqlamasında bildirib ki, ölkəmizdə satılan çaylar heç də keyfiyyətli deyil. Çünki biznes baxımdan onun keyfiyyəti artıq kənarda qalıb:
“Bu gün çayın rənginin az olmasına və daha çox satılmasına üstünlük verilir. Misal üçün əvvəllər 1 paket çayın 3 dəfə işlətmək olurdu, indi isə yalnız bir dəfə işlətmək mümkündür. Bundan başqa, əvvəllər dəmə atılan çayın 30 qramı çaynikə atılırdırsa, indi 50 qramı atılır və nəticədə dəmə atılan çay 3 günə bitir. İstehlakçı gedib yenidən çay almalı olur. Bu, o deməkdir ki, çay əvvəlki kimi keyfiyyətli olsaydı, artıq dəmə atılan çay əvvəlki kimi olardı”.

İqtisadçı qeyd edib ki, bazarda keyfiyyətli çaylar da var, amma o xüsusi kateqoriya insanların cibləri üçündür:
“Ümumi baxsaq, bazarda satılan çay keyfiyyətli deyil. İstehsalçı daha çox çay satmaq istəyir və ona görə də, o, keyfiyyət də maraqlı deyil. Ona ucuz və keyfiyyətsiz məhsul maraqlıdır ki, alan olsun. Azərbaycanda elə əvvəllər də keyfiyyətli çay xaricə gedirdi. Məsələn, İsveçdə satılan Azərbaycan brendi adında çay ölkədə satılan çaylardan qat-qat keyfiyyətlidir, amma həmin bredin burada satdığı çay keyfiyyətsizdir. Bu, o deməkdir ki, istehsalçı ucuz çay satmaq istəyir, çünki müştəri tapmaq asandır. Ona görə də, istehsalıçı da bu yanaşmadan çıxış edərək bizlərə belə çay təklif edir”.
Aynurə Pənahqızı Demokrat.az


