Ukrayna Müstəqil Dövlətlər Birliyinin (MDB) bir sıra sazişlərindən çıxıb. Demokrat.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak özünün Telegram kanalında məlumat verib. Bildirib ki, deputatlar 287 səslə Ukraynanın “Qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə əməkdaşlıq haqqında” sazişdən, 274 səslə isə “Böyük Vətən müharibəsində MDB iştirakçısı olan dövlətlərin xalqlarının şücaət və qəhrəmanlıq xatirəsinin əbədiləşdirilməsi haqqında” sazişdən çıxmasını dəstəkləyiblər.
Ukrayna MDB-nin sazişlərindən çıxdı
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


