"Heç kimə bənzəməyən, fərqli adam idi Qadir müəllim. Sevdiyi adamları qorumağı da bacarırdı, onlarla qürur duymağı da..."- bu sözləriDİNMətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoruElşad Hacıyevyazıb. O, bu gün vəfat edən edən tanınmış jurnalist Qadir İbrahimliyə Daxili İşlər Naziri Vilayət Eyvazovun xüsusi ehtiramı olduğunu vurğulayıb:
"Gəncə şəhərindən tanıdığı bir müəllim dostunun övladı Polis Akademiyasının müsabiqə vaxtına 5 gün gecikmişdi. Müsabiqə başa çatmışdı. Zəng vurdu ki, kömək lazımdır. Baxmayaraq ki, çox gec idi. Ancaq onun adı olan yerdə o məsələlər həmişə həll edilirdi, bu barədə yuxarı rəhbərliyə deyəndə; "kömək edin, həll edin.. Qadir müəllim heç kimə bənzəməyən, təmənnasız adamdır...".
"Onu hamı elə tanıyırdı. Allah rəhmət eləsin.
Fəxrlə anılacaq, şərtsiz dost öhdəliyi olan Qadir müəllim!"- Elşad Hacıyev yazıb.
Demokrat.az


