Gündəm Özəl

Politoloq: “Laçın dəhlizi yaxın zamanda Azərbaycanın nəzarətinə keçə bilər”

Politoloq: “Laçın dəhlizi yaxın zamanda Azərbaycanın nəzarətinə keçə bilər”

Mətbuatda yayılan məlumatlara görə, Azərbaycanın Laçın rayonunda Qarabağın dağlıq ərazilərini Ermənistanla birləşdirən yeni dəhlizin tikinti işləri yekunlaşmağa doğru gedir.

Politoloq Ramiyə Məmmədova Demokrat.az-a açıqlamasında bildirib ki, Laçın tərəfindən yeni dəhlizin açılması Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Politoloqun sözlərinə görə, yeni yolun açılışı azərbaycanlıların Laçına giriş-çıxışını təmin edəcək:

“44 günlük Vətən müharibəsinin son günlərində aparılan danışıqlarında Laçın dəhlizi əsas müzakirə mövzularından biri idi. Azərbaycanın həmin yol üzərində öz nəzarət buraxılış məntəqələrinin qurulması planlaşdırılırdı. Çünki 44 günlük Vətən müharibəsindən sonra imzalanan üçtərəfli bəyanatda bu öz əksini tapmışdır.

Politoloq: “Laçın dəhlizi yaxın zamanda Azərbaycanın nəzarətinə keçə bilər”

Lakin Qarabağ ərazisinə rus sülhməramlıların yerləşdirilməsi Azərbaycana böyük problemlər yaratmaqdadır. Onların orada olması, Laçın koridoruna nəzarət etməsi, əslində Azərbaycanın əlindəki bütün rıçaqlarını əlindən geri alıb. Azərbaycan bütün bu rıçaqları yenidən özünə qaytarması və Laçınla olan bağlantısını bərpa etməsi üçün yeni dəhlizin tikintisinə məcbur oldu. Qeyd edim ki, yeni yol Azərbaycan əhalisinin Laçına giriş-çıxışını təmin edəcək. Bu, o deməkdir ki, Laçının tamamilə Azərbaycana qayıtma məsələsi artıq gündəmdədir. Bu yolla Azərbaycan tamamilə Qarabağ bölgəsinə nəzarət edəcək. Və həmin bölgə Azərbaycanın tamamilə qanun çərçivəsində əlində olacaq. Beləliklə, yeni bir yolun açılması həmin ərazidə Azərbaycanın ən böyük anklavı olacaq”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az