Gündəm Özəl

“İrəvanın proseslərdəki tək marağı daha güclü ağa tapmaq istəyidir” — ŞƏRH

“İrəvanın proseslərdəki tək marağı daha güclü ağa tapmaq istəyidir” — ŞƏRH

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb. Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-da ilk görüşdən, 7-11 may tarixində ikinci görüşdən imtina edib; Komissiyanın 16-17 may tarixində Moskvada keçiriləcəyi gözlənilən ilk görüşü də alınmayıb. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bunu “texniki detalların razılaşdırılması” ilə əlaqələndirib və qeyd edib ki, yaxın günlərdə, yaxud həftələrdə təmaslar davam edəcək. Göründüyü kimi, İrəvan təmaslardan imtina edir və prosesin uzanmasında maraqlıdır? Bəs, Ermənistan nəyə ümid edir?

Məsələ ilə bağlı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov Demokrat.az-a açıqlamasında bildirib ki, Ermənistanın regiondakı proseslərdə hansısa söz sahibi olması və ya proseslərə təsir etməsi kimi fikirlər kökündən yanlışdır:

“Ermənistanın əvvəl də, indi də heç vaxt proseslərə təsir imkanı olmayıb. Ermənistan həmişə başqa ölkələrin bir-biriləri ilə mübarizədə aləti olub. Bura Türkiyə və Azərbaycana təzyiqdən tutmuş, Rusiya və Qərb qarşıdurmasına, İran faktoruna kimi bir çox səbəblər aiddir. İrəvanın proseslərdəki tək marağı daha güclü ağa tapmaq istəyidir. Məhz buna görədir ki, Ermənistan regionda ikili oyun oynayır. Ermənistan Rusiya və Qərbin arasında manevr edir. Onun üçün heç bir müqəddəs amal yoxdur. Əslində, buna məhkumdurlar”.

“İrəvanın proseslərdəki tək marağı daha güclü ağa tapmaq istəyidir” — ŞƏRH

Vaxtilə Rusiya və Qərb tərəfindən bu regionda qarşıdurma yaratmaq üçün süni şəkildə yaradılmış bir dövlətin taleyi həmişə tükdən asılı olmalı idi. Ermənistanın prosesi uzatması onun yox, onu idarə edən dövlətlərin göstərişidir. O da buna əməl edir. Tək ümidləri ondadır ki, həmin dövlətlər Ermənistanı daha çox qoruyub, arxasında duracaqlar”.

Politoloqun sözlərinə görə, Rusiyanın Ukraynada məğlub olacağı durumda Azərbaycan və Ermənistan münasibətlərində ciddi dəyişiklik olacağı ehtimalı azdır:

“Bu məğlubiyyət Ermənistan üçün yeni ümid qapısı olacaq. Bu durumda Qərbin Ermənistanda nüfuzunun artması ilə nəticələnəcəyi qaçılmaz olacaq. Qarabağda qondarma qurumun gələcək statusu ilə əlaqəli Ermənistanda ümidlər yaranacaq. İki dövlət arasında isə hansısa süni sülh müqaviləsi imzalana bilər, amma bu sülhün gələcəyə yönəlik perspektivi olacağı ehtimalı yox dərəcəsindədir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az