Belarus Rusiyadan “İskəndər” taktiki raket kompleksləri və S-400 zenit-raket kompleksləri alıb. Modern.azxəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko məlumat verib. O, alınan silahların sayını açıqlamayıb, lakin qeyd edib ki, “ziyan” vurmaq üçün lazım olan qədər silah var. Lukaşenko söhbətin hansı ölkəyə ziyan vurmaqdan getdiyini izah etməyib. Xatırladaq ki, fevral ayında Lukaşenko Belarus ərazisində Rusiyanın "İskəndər" və S-400-lərini yerləşdirmək istədiyini bildirib. Daha sonra o,Rusiyanın raket istehsalı sahəsində ölkəyə kömək edəcəyini bəyan edib.
Belarus Rusiyadan “İskəndər” və S-400 raketləri aldı
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


