Gündəm Özəl

Moldova prezidenti Rusiya qoşunlarının Dnestryanıdan çıxarılmasını tələb etdi

Moldova prezidenti Rusiya qoşunlarının Dnestryanıdan çıxarılmasını tələb etdi

Moldova Prezidenti Maia Sandu Avropa Parlamentində çıxış edərək, Rusiya ordusunun Dnestryanıdançıxarılmasını tələb edib.

Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, Moldova prezidenti vurğulayıb ki, hazırda ölkənin Ukraynada müharibəyə cəlb olunacağı ilə bağlı heç bir təhlükə yoxdur, eyni zamanda Sandu Moldovanın neytral ölkə olduğunu xatırladıb.

"Baxmayaraq ki, həqiqətən neytral olmaq üçün rus qoşunlarını ərazimizdən çıxarmaq lazımdır. Çünki onların mövcudluğu bizim neytral statusumuzu və müstəqilliyimizi əsaslı şəkildə pozur", - Sandu bildirib.

Onun sözlərinə görə, Dnestryanı münaqişə Moldova üçün çoxsaylı çağırışlardan biridir.

O qeyd edib ki, hakimiyyət Moldovanın suverenliyini və ərazi bütövlüyünü qoruyaraq bu məsələni sülh yolu ilə həll etmək əzmindədir: “Biz müharibə və ya sabitliyin pozulmasını istəmirik”.

Leyla Demokrat.az

D
demokrat.az