Gündəm Özəl

Filarmoniyanı gecə klubuna çevirən sahibkar barəsində tədbir görüləcək — RƏSMİ

Filarmoniyanı gecə klubuna çevirən sahibkar barəsində tədbir görüləcək — RƏSMİ

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının gecə klubuna çevrilməsi iddiasına reaksiya verilib.

Mədəniyyət Nazirliyindən Demokrat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində “UFFO” restoranının rəhbərliyi ilə cari ilin iyun ayından rəsmi müqavilə bağlanması üçün hazırlıq işlərinə başlanılıb.

“Lakin restoran rəsmi şərtlərə əməl etmədən özbaşına fəaliyyətə başlayıb və bu cür xoşagəlməz görüntülər meydana çıxıb.

Mədəniyyət Nazirliyi sözügedən hadisədən təəssüfləndiyini bildirir və məsələnin həlli məqsədilə filarmoniya rəhbərliyinə aidiyyəti tapşırıqlar verib.

Bu məsələdə məsuliyyətsizlik göstərmiş şəxslər və müqavilə şərtlərinə əməl etmədən fəaliyyətə başlayan restoran rəhbərliyi barəsində tədbir görüləcək”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az