Gündəm

Təqaüdə göndərilən Səfa Mirzəyev bundan sonrakı planını açıqladı

Təqaüdə göndərilən Səfa Mirzəyev bundan sonrakı planını açıqladı

Milli Məclis Aparatının sabiq rəhbəri, bir neçə gün öncə təqaüdə göndərilən 70 yaşlı Səfa Mirzəyev bundan sonrakı planları ilə bağlı Modern.az-ın sualını cavablandırıb.

Əməkdaşımızla qısa söhbətində Səfa Mirzəyev istirahət etmək, bundan sonrakı zamanını sakit və hüzur içində yaşamaq istədiyini qeyd edib.

Səfa Mirzəyev elmi, pedaqoji fəaliyyətlə məşğul olub-olmayacağı haqda sualı isə cavabsız qoyub.

Xatırladaq ki, mayın 12-də 70 yaşı tamam olan S.Mirzəyev yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, 1996-cı ildən 2022-ci il mayın 16-na kimi Milli Məclis Aparatının rəhbəri işləyib.

Demokrat.az

D
demokrat.az