Dünya

Zelenski Kann Film Festivalının iştirakçılarına müraciət etdi

Zelenski Kann Film Festivalının iştirakçılarına müraciət etdi

Fransanın Kann şəhərində 75-ci Film Festivalı başlayıb.

Mərasimin aparıcısı belçikalı aktrisa Vircini Efiradır.

Tədbirin açılış mərasimində Ukrayna Prezidenti Volodimir Zelenski iştirakçılara müraciət edib: “Mariupolda bombalanan teatr binasını görmüsünüz. Ora sizin indi əyləşdiyiniz binaya oxşayırdı. Ora sığınanlar hamısı mülki şəxslər idi”.

Festival çərçivəsində 21 film nümayiş etdiriləcək.

Demokrat.az

D
demokrat.az