Mariupolun ukraynalı müdafiəçilərinin olduğu yeddi avtobus bu gün "Azovstal"dan yola düşüb.
Demokrat.az UNİAN-a istinadən bildirir ki, bu barədə "Reuters" məlumat yayıb.
UkraynaBaş nazirinin müavini, reinteqrasiya naziri İrina Vereşuk deyib ki, Mariupolda “Azovstal” zavodundan təxliyə edilən ukraynalı xəsarət almış hərbçilər rusiyalı əsirlərlə dəyişdiriləcək.
Mayın 17-də Müdafiə Nazirliyi zavodun ərazisində blokadaya alınmış Mariupol müdafiəçilərinin xilas edilməsi əməliyyatına başlandığını elan edib.
Leyla Demokrat.az


