Gündəm Özəl

“Qərb dövlətləri Qafqazda, Mərkəzi Asiyada nüfuzunu yüksəltməyə çalışır” — ŞƏRH

“Qərb dövlətləri Qafqazda, Mərkəzi Asiyada nüfuzunu yüksəltməyə çalışır” — ŞƏRH

“Bu gün regionda bir çox dövlətlər gözləmə rejimindədir. Çünki hazırda regionda önəmli bir müharibə baş verir və bu müharibənin nəticəsi sözsüz ki, regiondakı proseslərə, o cümlədən Cənubi Qafqaza təsirsiz ötüşməyəcək”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Sultan Zahidov Ermənistandakı son prosesləri şərh edərkən deyib. Politoloqun sözlərinə görə, Rusiyanın müharibədə məğlub olması fərqli ssenarilərə gətirib çıxara bilər:

“Sözsüz ki, Ermənistanda gözləmə rejimindədir. Ümumiyyətlə,Rusiyanın bu müharibədə qalib gəlməsi böyük ehtimalla görünmür.Çünki Ukraynadakı proseslərdə Qərbin böyük dəstəyi var və ciddi müqavimət baş verməkdədir. Yəni, əgər Rusiya qalib gələrsə, Ermənistanın sülh prosesinə öz iradəsi çərçivəsində baxması müşkil görünür.

“Qərb dövlətləri Qafqazda, Mərkəzi Asiyada nüfuzunu yüksəltməyə çalışır” — ŞƏRH

Ermənistan sözsüz ki, vəziyyətdən istifadə edərək Qərbin yürütdüyü çərçivə daxilində hərəkət edə bilər. İndiki halda bunu demək çətindir”.

Daxildəki mitinqlərə gəlincə politoloq vurğulayıb ki, bu mitinqlər Paşinyan rejimi silkələyə bilməyəcək:

“Bu mitinqlərdə 10 min nəfər iştirak edir ki, bu da heç bir faiz etmir. Artıq neçə ildir ki, Ermənistanda mitinqlər davam edir. Düzdür, bir ara səngimişdi, indi demək olar ki, hər gün baş verməkdədir və yenidən geniş vüsət almağa başlayıb. Düşünürəm ki, bunun arxasında Rusiyanın siyasəti və onun Ukraynadakı vəziyyətlə əlaqədar olaraq digər maraq dairəsi olan regionlarda nüfuzunu əldən buraxmamaq istəyi dayanır. Rusiya başa düşür ki, digər regiondakı dövlətlər bundan istifadə edə bilərlər. Ümumiyyətlə, Qərb dövlətləri Qafqazda, Mərkəzi Asiyada nüfuzunu yüksəltməyə çalışır. Rusiya isə hər vəchlə buna mane olmağa çalışır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az